Quru meyvələrin istehsalı zavoduna 4 milyon manat yatırım edilib

Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma” MMC arasında 4 milyon manatlıq müqavilə imzalanıb.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında qeyd edib.

Nazir bildirib ki, sözügedən investisiya quru meyvələrin istehsalı zavoduna yönəldilib. Belə ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.