Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,836 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 74,9% çoxdur.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 12,122 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.