“Azərsu” ASC-nin 8,8 milyon manatlıq tenderinin qalibi kimdir?

“Azərsu” ASC Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndis Tikinti Layihə” MMC seçilib.

Qalib şirkətlə 2025-ci ilin sonuna kimi xidmətin göstərilməsini nəzərdə tutulan müqavilə üzrə 8,8 milyon manat ödəniləcək.

APA-Economics