Bakıda 2013-cü ildən təhvil verilməli olan, xeyli vaxtdır tikintisi dayandırılan binada mənzil alan şəxslər etiraz aksiyası keçiriblər.
İndex.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 9 ildir “Qlobal” MMC-dən mənzil alan şəxslər bu günədək mənzillərinə köçə bilmədikləri üçün aksiya keçirdiklərini bildiriblər. Onlardan bəziləri tikintisi yarımçıq qalan binanın üzərinə çıxaraq intihara cəhd edib. Onlar dəfələrlə MMC sahibləri ilə görüşsələr də, heç bir nəticə əldə etmədiklərini vurğulayıblar.
Əraziyə gələn polis əməkdaşları sakinlərin şikayətlərini dinləyib, intihara cəhdin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, aidiyyəti şəxslər tərəfindən narazılığın həlli istiqamətində tədbirlər görülür.
Menbe – APA