
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.
İndex.az “Texnofest-Azərbaycan” təşkilatçılığına istinadən xəbər verir ki, 28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.
Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.
Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.
Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.