“Azeri Light”ın son qiyməti

Dünya bazarında “Azeri Light” (CİF) markalı neft cüzi artıb.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,16 ABŞ dollar və ya 0,13 % artaraq 125,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.