Qızılın dəyəri stabil qalıb

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn il faiz endirimlərinin daha yavaş templə həyata keçirəcəyi ehtimalını dəyərləndirdikcə qızıl sabitliyini qoruyub.

İndex.az xəbər verir ki, həftənin üçüncü əməliyyat günündə qızılın unsiyası 2 min 616 dollara çatıb.

Qeyd edək ki, cari il ərzində qızılın qiyməti 25%-dən çox artıb