“Nvidia”nın satış gəlirləri gözləntiləri qarşılamadı

Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın 4-cü rüb üzrə xalis mənfəəti gözləntiləri qarşılamayıb.

İndex.az xəbər verir ki, şirkətin gəlirləri 3-cü rübdə 19,3 milyard dollara yüksələrək iki dəfə artsa da, 4-cü rüb üçün satış gəlirləri gözləntiləri doğrultmadı.

Belə ki, “Nvidia” 4-cü rüb üzrə proqnozlarında 37,5 milyard dollarlıq satış hədəfi açıqlayıb.

Lakin iqtisadçılar bu hədəfin 41 milyard dollar olacağını düşünürdülər.