“Tesla Model Y” və “Model 3” üçün yeni bir batareya gəlir

“Tesla” ən çox satılan elektrikli avtomobilləri olan “Model Y” və “Model 3″ün batareyasında əhəmiyyətli dəyişiklik edir.

İndex.az xəbər verir ki, yeni batareyanın xüsusiyyətləri onun bir qədər yüksək tutumu və bir kiloqram daha yüngül olması istisna olmaqla, əvvəlki ilə demək olar ki, eynidir.

Maraqlı məqam ondan ibarətdir ki, “BYD Blade” elementlərinə əsaslanan və 7C işarəsi olan 60 (57,5) kVt/saat tutumlu batareya 20 kiloqram ağırdır.

Yeni batareyanın LFP və ya LMFP olmasından asılı olmayaraq, “Tesla Model 3″ün (2025) RWD versiyasının 19 düymlük təkər diskləri ilə WLTP diapazonu 520 km-ə qədər artacaq.