Mərkəzi Bank işçi axtarır – VAKANSİYA

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Aparıcı mütəxəssis

Son tarix 14 okt 2024 – Müraciət et

Strategiya və layihə idarəetməsi departamenti , Strateji planlaşdırma şöbəsi – Aparıcı mütəxəssis

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
  • Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirir;
  • Milli strategiya və dövlət proqramları üzrə Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir;
  • Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak edir;
  • Strateji məqsədlər üzrə hədəf göstəricilərin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir;
  • Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir;
  • Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesində iştirak edir;
  • Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparır;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Layihələrin idarəolunması
  • Strateji idarəetmə
  • İnnovativlik və kreativlik bacarığı
  • Stressə davamlılıq
  • Maliyyə sektoru üzrə biliklər
  • Təşkilatçılıq və planlaşdırma
  • Təqdimat və yazı bacarıqları
  • Ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
  • Analitik düşünmə bacarığı
  • Araşdırma aparma
  • Vaxtın idarəedilməsi bacarığı
  • Qərar qəbul etmə bacarığı;

DİGƏR TƏLƏBLƏR:

  • Dil bacarıqları – Azərbaycan dili – yüksək səviyyədə  / İngilis dili – yüksək səviyyədə
  • Təcrübə – Müvafiq sahədə ən azı 3 il
  • Təhsil – Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
  • Kompüter bacarıqları – MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point yüksək səviyyədə
  • Sertifikatlar – Beynəlxalq sertifikasiya (PMP, PRINCE2 və/və ya digər sertifikasiya) olması üstünlükdür.

Link-ə keçid edərək müraciət edəbilərsiniz.