Zelenski X hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı heyətlə keçirdiyi görüşlə bağlı video paylaşıb.
İndex.az xəbər verir ki, Zelenski Kursk bölgəsindəki qarşıdurmalarda Şimali Koreya əsgərlərinin iştirak etdiyinə diqqət çəkib.
"Onlar ağır itkilər verirlər və aydındır ki, Rusiya ordusu və Şimali Koreya nəzarətçiləri bu əsgərlərin sağ qalmasında maraqlı deyil", - Zelenski deyib.
Şimali Koreya əsgərlərinin təhlükəsizlikləri nəzərə alınmadan cəbhəyə göndərildiyini və Rusiya tərəfinin bu əsgərlərin əsir düşməməsi üçün hər vasitəyə əl atdığını iddia edən Zelenski, bu əsgərlərdən bir neçəsinin Ukrayna qüvvələri tərəfindən əsir götürüldüyünü, lakin onların ağır yaralandıqları üçün xilas olmadığını deyib.
Şimali Koreya xalqının Avropadakı müharibələrdə həyatını itirməməsi lazım olduğunu vurğulayan Zelenski, Şimali Koreyanın qonşuları, xüsusən də Çin bu mövzuda öz təsir imkanlarından istifadə edə biləcəyini deyib.
"Əgər Çin müharibənin uzadılmaması lazım olduğu ilə bağlı bəyanatlarında səmimidirsə, Pxenyan tərəfinə lazımi təzyiq göstərmək üçün səy göstərməlidir”, - Zelenski bildirib.
