Sülh planında Ukrayna üçün azı 15 illik təhlükəsizlik zəmanətləri nəzərdə tutulur və bu müddət artırıla bilər.

İndex.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə deyib.

“Əslinə qalsa, bu, əbədi deyil. Mən bu məsələni Prezident Trampla görüşümdə qaldırmışam. Ona dedim ki, biz artıq müharibədəyik və bu, təxminən 15 ildir davam edir. Ona görə də istərdim ki, zəmanətlərin müddəti daha uzun olsun. Prezident Trampa dedim ki, biz 30, 40, 50 illik təhlükəzilik zəmanətlərini nəzərdən keçirmək istərdik. O, bu barədə düşünəcəyini dedi”, - Zelenski qeyd edib.