"YouTube"da reklamsız video izləmək üçün reklamları blok edənlər "Youtube" tərəfindən bloklanacaq.

İndex.az xəbər verir ki, "YouTube" bu qərarla gəlir modelinin pozulmasının qarşısını almaq istəyir.

İyun ayında müəyyən bir istifadəçi bazası ilə başlayan reklam bloklayıcı testləri sona çatdıran "Youtube" artıq reklamları bloklayan istifadəçilərin özülərini blok etməyə başlayıb.

"YouTube" brauzerdə reklam bloklayıcısı aşkar etdikdə istifadəçiyə məlumat ekranı göstərəcək və istifadəçiyə reklam blokerlərini söndürməyi və ya reklam istəmədikləri halda "YouTube Premium"dan istifadə etməyi tövsiyə edəcək.