"YouTube TV" abunəçiləri üçün yeni keyfiyyət seçimi təklif etməyə başlayıb.

İndex.az xəbər verir ki, "YouTube" öz TV xidmətinə 1080P qabaqcıl keyfiyyət seçimini gətirib.

Yeni video keyfiyyət seçimi yenilənmiş 4K-ya uyğun axın cihazlarında buraxılacaq.

"YouTube TV"də yayım keyfiyyəti nə izlədiyinizə və hətta baxdığınız proqrama görə dəyişir.

Hazırda, "YouTube TV"də bir çox kanal öz videolarını "1080P Enhanced" formasında təqdim edir.