“YouTube“da reklam blokerlərindən istifadə edənlərə qarşı sərt tədbirlər görməyə başlayıb.
İndex.az xəbər verir ki, reklam blokerlərindən istifadə edən şəxslər “YouTube”un çox yavaş işlədiyini bildirib.
Belə ki, sosial şəbəkə platformasında “YouTube”un “Firefox” brauzerində çox gec açıldığını göstərən video paylaşılıb.
Səhifənin kifayət qədər gec yüklənməsi və video təkliflərinin gec gəlməsi bağlantı problemi kimi qiymətləndirilə bilər, lakin eyni şəxs videoda “Chrome” brauzerində heç bir lənglik yaşamadığını və “YouTube”un videoları normal yüklədiyini göstərib.
