Alimlər bir müddət Yer ətrafında dövr edəcək "ikinci Ay"ımızın olacağını açıqladılar.

İndex.az xəbər verir ki, Yerin cazibə qüvvəsinə girəcək kiçik bir meteorit müvəqqəti olaraq “Kiçik Ay” olaraq planetimizin peykinə çevriləcək.

Kosmosdan gələn bu "qonaq" sentyabrın 29-dan başlayaraq bir neçə ay Yer ətrafında dövr edəcək və sonra yenidən uçacaq.

Təəssüf ki, "İkinci Ay" adi gözlə görmək üçün çox kiçikdir. Əgər teleskopunuz varsa, yalnız teleskopla onu görə biləcəksiniz.

Bu meteorit ilk dəfə NASA-nın asteroid xəbərdarlığı sistemi tərəfindən avqustun 7-də aşkar edilib.