"Iran Prosperity Project" (İran tərəqqi Layihəsi) adlı İranda hakimiyyətin keçidi planı hazırlanıb.
İndex.az xəbər verir ki, bu barədə 1979-cu ildə İranda devrilmiş şahın oğlu Rza Pəhləvi İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, plan bir neçə mərhələdən ibarətdir və onun hazırlanmasında həm ölkədən, həm də xaricdən 100-dən çox ekspert iştirak edib.
Birinci mərhələ 180 gün müddətinə fövqəladə vəziyyətin elan edilməsini nəzərdə tutur. Onun sözlərinə görə, bu, xidmətlərin fasiləsiz göstərilməsini və təhlükəsizliyi təmin edəcək.
Daha sonra əsas xidmətlərin göstərilməsini və s. nəzərdə tutan sabitləşmə mərhələsi planlaşdırılır. Üçüncü mərhələ milli seçkilərin keçirilməsidir.
"Bizim artıq planımız var və buna illərdir hazırlaşırdıq. Bu, mənim rəhbərlik etdiyim bir layihədir və o, İranın iqtisadi bərpası və beynəlxalq ictimaiyyətə reinteqrasiyası üçün yol xəritəsini təqdim edir", - R.Pəhləvi qeyd edib.
