İsveçrə Avropa İttifaqının (Aİ) ardınca Rusiyadan olan beş fiziki və dörd hüquqi şəxsə, həmçinin təxminən 40 gəmiyə qarşı sanksiyalar tətbiq edib.
İndex.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti bildirib.
"İqtisadiyyat Nazirliyi 12 yanvar 2026-cı ildə qətnaməyə 8, 14, 15b və 33 saylı əlavələrə düzəlişlər edib. Nəticədə beş fiziki və dörd hüquqi şəxs, həmçinin 41 gəmi əlavələrə daxil edilib", - bəyanatda qeyd olunub.
Qərar yanvarın 13-ü yerli vaxtla saat 23:00-da (14 yanvar Bakı vaxtı ilə 02:00) qüvvəyə minəcək.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Avropa İttifaqı Şurası Rusiyanın "kölgə donanması"na daxil olan və Rusiyaya enerji daşıyıcılarından gəlir gətirən 41 neft tankerinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Qəbul edilmiş qərar nəticəsində Aİ-nin məhdudlaşdırıcı tədbirləri altında olan gəmilərin ümumi sayı 600-ə yaxınlaşıb.
