Həddindən artıq istehsal səbəbindən rekord həddə ucuzlaşan yaddaş qiymətlərinin yenidən artdığı bildirilir.

İndex.az xəbər verir ki, "Digital Chat Station"un yaydığı məlumata görə, buna uyğun olaraq yeni smartfonların qiymətlərində artım olacaq.

Nəticədə, gələcək Çin smartfonlarının qiymətləri yaddaş tutumundan asılı olaraq 300-500 yuan (40-70 dollar) artacaq.

Bundan əlavə, smartfon istehsalçıları xərcləri azaltmaq və qiymətləri rəqabətədavamlı saxlamaq üçün 16-24 GB RAM və 1 TB-dan daha böyük tutumlara müraciət edə bilərlər.

Bununla belə, rekord yaddaş tutumuna malik yeni smartfonların nə zaman buraxılacağı bilinmir.