"Samsung"un yaxın zamanda çıxması gözlənilən yeni seriyası "Galaxy S24"ün süni intellekt dəstəkli montaj imkanları ortaya çıxıb.

İndex.az xəbər verir ki, bu yaxınlarda X-də "Galaxy S24" seriyasının müxtəlif əsas xüsusiyyətlərini göstərən bir şəkil paylaşıldı.

Bu yazıda S24 seriyasında istifadə edilən süni intellektin xüsusiyyətlərindən bəhs edilib.

Yazıya görə, telefon zəngini tərcümə etmək üçün süni intellektdən istifadə edən Canlı Tərcümə xüsusiyyətinə sahib olacaq S24 seriyası,  az işıqlı fotoşəkilləri yaxşılaşdıran "Nightography Zoom" funksiyasına da sahib olacaq.

"Google"un "Pixel 8" seriyasındakı "Magic Eraser"ə bənzər bir xüsusiyyətə sahib olması gözlənilən seriya, fotoşəkillərinizdəki obyektləri köçürməyə və ya silməyə imkan verən "Məhsuldar Redaktə" xüsusiyyətinə də sahib olacaq.

Yazıya görə, "Samsung" hesabı və internet bağlantısı ilə daxil olmağı tələb edən bu funksiyanın hər üç "Galaxy S24" cihazında dəstəklənəcəyi gözlənilir.