Süni intellektə malik kompüterlər bazarda hökmranlıq edəcəklər.
İndex.az xəbər verir ki, bu il süni intellektli kompüterlərə tələbatın artmağa başlayacağı bildirilir.
Belə ki, 2027-ci ilə qədər süni intellektli kompüterlər ümumi kompüter tədarükünün təxminən 60%-ni təşkil edəcək.
"ChatGPT" kimi proqramlar bulud proqramları vasitəsi ilə işlədiyindən, insanlar süni intellekt proqramlarını tam öyrənə bilmirlər. Lakin bu hal yavaş-yavaş dəyişir.
Süni intellekti işlətmək üçün lazım olan aparat və proqram təminatına malik kompüterlərin (məsələn, Windows Copilot, AMD və Intel-in AI prosessorları) bu il təxminən 50 milyon ədədə çatacağı gözlənilir.
Lakin bu ədəd bir neçə il ərzində 3 dəfə arta bilər.
