Yeni il gecəsini daha maraqlı keçirmək istəyən insanlar üçün ölkəmizin müxtəlif bölgələrində yerləşən dəbdəbəli otellər xüsusi proqramlar hazırlayırlar.

İndex.az xəbər verir ki, bu proqramlara məhşur müğənnilərin iştirakı, müxtəlif əyləncəli oyunlar daxildir.

Bir sözlə, bu otellərdən birində keçirəcəyiniz Yeni il heç vaxt yaddaşınızdan silinməyəcək. Lakin unuda bilməyəcəyiniz daha bir məsələ var ki, o da bir gecə üçün otelə ödəyəcəyiniz məbləğdir.

Belə ki, ölkəmizin məşhur otellərinin əksəriyyətində yeni il gecəsi qiymətlər normal günlərdəki qiymətlərdən 6-7 dəfə çoxdur.

Qeyd edək ki, bəzi otellərdə bu artım müşahidə edilmir.

İndex.az bir sıra məhşur otellərin Yeni il təkliflərini sizə təqdim edir:

 

Basqal Resort (İsmayıllı) - 31 dekabr - 2 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 1640 AZN

Qalaaltı (Şabran) - 31 dekabr - 1 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 1400 AZN

Lankaran Springs (Lənkəran) - 31 dekabr - 1 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 1399 AZN

Gabala Garden (Qəbələ) - 31 dekabr - 2 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 906 AZN

Shamakhi Palace (Şamaxı) - 31 dekabr - 2 yanvar tarixləri üçün 2 nəfərlik deluxe otaq - 700 AZN

Shabran Wellbeing (Şabran) - 31 dekabr - 1 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 500 AZN

EL Resort (Qax) - 31 dekabr - 1 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 388 AZN

Mandarinnart (Astara) - 31 dekabr - 1 yanvar tarixləri üçün 2 nəfərlik standart otaq - 250 AZN