Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Mütəxəssis / Baş Mütəxəssis (Region və şəhər filialları üzrə)
Son tarix 08 sen 2022 -
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda (Region və şəhər filialları üzrə) Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Mütəxəssis / Baş Mütəxəssis vakansiyaları elan edirik.
Struktur: Mikro biznes müştəriləri üzrə şöbəsi
Vəzifə: Təcrübəçi / Mütəxəssis / Baş Mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri, struktur rəhbəri
Vəzifə öhdəlikləri:
- Biznes müraciətlərinin təhlili
- Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
- Biznes görüşlərinin təşkili
- Müştəri şəbəkəsinin genişləndirilməsi
Tələblər:
- Ali təhsil
- Ünsiyyət qurmaq bacarığı
- Riyazi biliklər
- Komandada işləmək bacarığı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Yığım sığortasına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə "Mikro_kredit" qeyd etməklə mürəciət etməyiniz xahiş olunur.
Təchizat və satınalma mütəxəssisi
Son tarix 08 sen 2022 -
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Təchizat və satınalma mütəxəssisi” vakansiyasını elan edirik.
Struktur: Təchizat və satınalma şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
- Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
- Tenderlərin təşkilində iştirak etmək
- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
- Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğunu təmin etmək
- Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
- Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
- Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
- Malların yenilənmələri və təfərrüatları ilə bağlı təchizatçılarla sifarişçilər arasında əlaqə qurmaq
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
- Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst danışıq və yazı qabiliyyəti, Rus və İngilis dili bilənlərə üstünlük veriləcəkdir;
- Microsoft Office programları üzrə biliklər (Excel, Word, Power Point);
- Analitik təhlil bacarığı;
- Daxil bazar biliyi.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə "Procurement" qeyd etməklə mürəciət etməyiniz xahiş olunur.
