Janet Yellen ABŞ iqtisadiyyatının tənəzzülü ilə bağlı yeni açıqlamalar verib.
İndex.az xəbər verir ki, ABŞ-ın Maliyyə Naziri Janet Yellen "Bloomberg"ə verdiyi müsahibədə bildirib ki, ABŞ iqtisadiyyatının tənəzzülə girməsi ehtimalı zəifləyib.
Əmək bazarının möhkəm qalmasına və inflyasiyanın son enişinə işarə edən Yellen əlavə edib ki, inflyasiya ilə mübarizədə istehlak xərclərinin azaldılmasına ehtiyac var.
Baza inflyasiyanın hələ də yüksək səviyyədə olduğuna diqqət çəkən Yellen, inflyasiyanın 9%-dən 4%-ə düşdüyünə diqqət çəkərək, mənzil bazarında düzəlişlə birlikdə daha da azalmaların yolda olduğunu bildirib.
