Yaponiyada xarici ticarətdə irəliləyiş qeydə alınır.
İndex.az xəbər verir ki, Yaponiyada xarici ticarət balansında iyun ayında 308 milyon dollar artım müşahidə olunub.
Beləliklə, ölkə 2021-ci ilin iyul ayından sonra ilk dəfə xarici ticarətdə müsbət saldo qeydə alıb.
Avtomobil və inşaat maşınlarının tədarükü sayəsində Yaponiyanın ixracı 1,5% artıb.
İdxal isə Yaponiyaya yanacaq daşınmasının kəskin azalması səbəbindən 12,9% azalıb.
İqtisadçıların qiymətləndirmələrinə görə, məlumatlar iqtisadiyyat üçün qarışıq mesajlar daşıyır.
