Yaponiyanın biznes fəaliyyəti genişləməyə davam edir.

İndex.az xəbər verir ki, "Au Jibun Bank Japan"nin hazırladığı "İstehsalat Satınalma Menecerləri İndeksi"nə (PMI) görə, Yaponiyanın biznes fəaliyyəti ardıcıl yeddinci aydır ki, genişlənib.

İndeksin göstəricisi iyul ayında iyun ayına nəzərən dəyişməyərək 52,1 olub.

50-dən yuxarı olan dəyərlər sektorun genişlənməsini, 50-dən aşağı olan dəyərlər isə sektorun azalmasını göstərir.