Yaponiyanın paytaxtı Tokioda yeni balıq bazarında keçirilən 2019-cu ilin ilk hərracında rekord qırılıb.
İndex.az xəbər verir ki, təxminən 278 kiloqram çəkisi olan mavi üzgəcli tuna 3,1 milyon dollara satılıb.
Balığı alan suşi restoranının sahibi Kiyoşi Kimura açıqlamasında deyib: "Yaxşı balıq aldım. Qiymət gözlədiyimdən bir az baha oldu, amma bu gözəl balığı müştərilərimə yedizdirmək istəyirəm".
Əvvəlki rekorda da sahib olan Kimura 2013-cü ildə hərracda bir balıq üçün 1,4 milyon dollar ödəmişdi.
Qeyd edək ki, rekord qiymətə alınan mavi üzgəcli tuna balığı Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) nəsli kəsilməkdə olan növlər siyahısındadır.
