Ötən ilin dekabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 37,66 % təşkil edib.

İndex.az "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, noyabr ayına nisbətən 4,31 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 33,76 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq 6-cı aydır azalır (ümumi azalma 53 % təşkil edib).

Kompüterlərin bazar payı aylıq 4,39 faiz bəndi, illik müqayisədə isə 36,56 faiz bəndi artaraq 62,02 % olub.

Dekabrda planşetlərin bazar payı 0,32 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 0,08 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,8 faiz bəndi azdır.