Yaponiyada iyun ayı məlumatları inflyasiyanın yüksəldiyinə dair siqnallar verib.
İndex.az xəbər verir ki, ultra sərbəst pul siyasətinin həyata keçirildiyi Yaponiyada iyun ayında inflyasiya artıb.
Məlumata görə, iyun ayında Yaponiyada illik inflyasiya 3,3% olaraq qeydə alınıb.
İqtisadçılar inflyasiyanın 3,2% olacağını gözləyirdilər.
