Rusiyaya dəbdəbəli avtomobillərin ixracına qadağa qoyan Yaponiyanın qadağanın əhatə dairəsini genişləndirdiyi bildirilib.

İndex.az xəbər verir ki, "Kyodo News"in xəbərinə görə, Ukrayna-Rusiya müharibəsi səbəbiylə G7 ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq, Yaponiya avtomobil ixracı qadağasına yeni və ikinci əl benzin və dizel mühərrikli avtomobilləri də əhatə edəcək şəkildə genişləndirdi.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi sanksiyaları beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.

Qeyd edək ki, Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə 2021-ci ilə nisbətən 30% azalaraq təxminən 4,3 milyard dollara enib.