Yaponiya valyutası kəskin ucuzlaşıb.

İndex.az xəbər verir ki, Yaponiyanın milli valyutası olan yen dollar qarşısında son 34 ilin ən aşağı səviyyəsinə çatıb.

Belə ki, Yaponiya yeni 2022-ci ilin oktyabrında qeyd edilən 151,95-lik rekord göstəricidən də aşağı düşərək 1990-cı ildən bəri ən aşağı səviyyəyə enib.

Yapon rəsmiləri valyuta ilə bağlı sərt bəyanatlar versələr də, maliyyə naziri Şuniçi Suzuki bildirib ki, ölkə valyutaların qeyri-sabit hərəkətlərinə cavab vermək üçün hər hansı addımı istisna etməyəcək.