Rusiyanın texnoloji şirkəti "Yandex"in ana şirkəti olan "Yandex NV", Rusiyadakı aktivlərinin 475 milyard rubla (təxminən 5,2 milyard dollar) rusiyalı investorlar konsorsiumuna satılması barədə razılığın əldə edildiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Rusiyanın ən böyük özəl neft şirkəti "Lukoyl" da sözügedən konsorsiuma daxildir və "Yandex NV" müqaviləyə uyğun olaraq iyulun 31-dək “Yandex” brendindən istifadəni dayandıracaq.
Bəyanatda fikirlərinə yer verilən "Yandex NV" İdarə Heyətinin sədri Con Boynton, "Yandex"in 2022-ci ilin fevral ayından bəri müxtəlif çətinliklərlə üzləşdiyini ifadə edərək, bu həmlənin səhmdarlar, komandalar və şirkətlər üçün mümkün olan ən yaxşı yol olduğunu bildirib.
