"Xiaomi" "HyperOS 2.0" yeniləməsi ilə əvvəllər görülməmiş təhlükəsizlik-məxfilik xüsusiyyətini təqdim edəcək.
İndex.az xəbər verir ki, "Xiaomi" telefonları WLAN əsaslı zənglər vasitəsilə gizli kameraları aşkarlaya biləcək.
Bu funksiyadan istifadə edərək, "Xiaomi" istifadəçiləri şübhəli cihazları aşkar edə biləcəklər.
Gizli Kamera Təsbiti funksiyası ilə bağlı paylaşılan ekran görüntülərində “Məxfiliyinizi və şəxsi təhlükəsizliyinizi qorumaq üçün gizli kameraları aşkar edin” mesajı açıq şəkildə göstərilir.
Bunun üçün stifadəçilər “Skanı Başlat” düyməsinə toxunmalıdırlar və onlar hər hansı kameranın tapılıb-tapılmadığını görmək üçün skan başa çatdıqdan sonra aşkar edilmiş cihazların göstərilməsini gözləməli olacaqlar.
