Fransa Daxili İşlər Nazirliyi Yeni il gecəsi təhlükəsizliyin təmin edilməsi üçün 90 min polis və jandarm cəlb edəcək.
İndex.az xəbər verir ki, bu barədə nazir Loran Nunyes "France Inter" radiostansiyasının efirində bildirib.
"Ümumilikdə, 90 min polis və jandarm cəlb ediləcək, onlardan 10 mini Parisdə və paytaxt regionunda olacaq", - nazir qeyd edib.
L.Nunyes vandalizm və zorakılıq aktları baş verdikdə "sərt davranmaq" barədə göstəriş verib. Nazir, həmçinin ölkədə terror təhlükəsinin yüksək səviyyədə olduğunu vurğulayıb.
