Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu imzalayıb.
İndex.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya və qeyri-ənənəvi cinsi orientasiya təbliğatından qorunmasına yönəlib.
Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və KİV haqqında qanunlar da daxil olmaqla, doqquz əsas qanunu əhatə edir. Qanunvericiliyə "Qeyri-ənənəvi orientasiya təbliğatı" anlayışı daxil edilir və onun KİV-də, onlayn platformalarda və telekommunikasiya şəbəkələrində yerləşdirilməsinə məhdudiyyətlər qoyulur.
