"Xiaomi" sudan istifadə edən "ağıllı yorğan" hazırlayıb.
İndex.az xəbər verir ki, "Xiaomi"nin "MIJIA Smart Plumbing Blanket" adı ilə buraxdığı "ağıllı yorğan" su sirkulyasiyasından istifadə edərək yatağı qızdırır və tətbiq vasitəsilə idarə oluna bilir.
"Xiaomi"nin "MIJIA Smart Plumbing Blanket" modeli ayrı bir modulda qızdırılan suyu dövriyyəyə buraxaraq isitməni təmin edir.
400 Vt keramika nüvəsi olan modul təxminən 25 desibel səs-küy yaradır.
11 təhlükəsizlik təbəqəsi olan sistem heç bir elektrik sızmasına imkan vermir.
Ədyal 65 dərəcədə 2 saat işləyərək tozları da təmizləyə bilir.
