Xalq Bank

Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi

Son tarix 28 noy 2024 - 

Təsvir:

  • Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
  • Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
  • Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
  • Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
  • Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
  • İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali magistr təhsili;
  • Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Bank qanunvericiliyi barədə biliklərə sahib olmaq arzuolunandır;
  • Texniki tapşırıq və sınaq testlərinin (test case) hazırlama bacarıqları;
  • Peşəkar səviyyədə MS Office proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint və Outlook);
  • Layihə idarə edilməsində istifadə olunan hər hansı proqram təminatında iş təcrübəsi;
  • Layihə idarəedilməsi sahəsində sertifikatların olması arzuolunandır;
  • Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
  • Rus və ingilis dillərini bilmək arzuolunandır.

"Siyəzən" filialının Kredit şöbəsinin mütəxəssisi

 Son tarix 28 noy 2024 

Təsvir

  • Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
  • Kredit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Müştəri hesablarının aparılmasına nəzarət;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

Vakansiya haqqında

Son tarix Noyabr 27, 2024

Paylaşılıb Oktyabr 28, 2024

Vakansiya növü Tam ştat