Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində hadisə nəticəsində sürücünün ölməsi faktını təsdiqləyiblər.
İndex.az xəbər verir ki, Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-də saat 09:45 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
