Səudiyyə Ərəbistanı hökuməti dəvələr üçün pasport verməyə başlayıb.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Ekologiya, Su Ehtiyatları və Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Sənədə heyvan, onun cinsiyəti və sahibi haqqında məlumatlar daxil edilməlidir. Pasportda dırnaqlı heyvanlar arasında yoluxucu xəstəliklərin tibbi uçotu və izlənməsi üçün lazım olan ətraflı peyvənd xəritəsi var.

Dəvələr üçün pasportların tətbiqi mülkiyyət hüququnun təsdiqlənməsini asanlaşdıracaq. Səlahiyyətlilər izah ediblər ki, sənəd populyasiya haqqında etibarlı məlumat bazası yaratmaq və heyvandarlıq sahəsinin iş səmərəliliyini artırmaq məqsədilə tətbiq edilib.