“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə artıq 7 günlük giriş icazəsini təmin edir.

İndex.az ADY-yə istinadən xəbər verir ki, bilet rəsmiləşdirilən zaman Daxili İşlər Nazirliyinin elektron portalından sözügedən icazə avtomatik əldə edilir.

Sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla da rahat qayıda bilərlər.

Biletiləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə edin.