İlon Maskın X (Twitter) ilə rəqabət aparmaq üçün "Instagram" tərəfindən hazırlanmış "Threads", yeniləmələrlə inkişaf etməyə davam edir.
İndex.az xəbər verir ki, "Threads" bu yaxınlarda "hashtag" sistemini təqdim edib.
"Instagram" prezidenti Adam Mosseri ötən gün verdiyi açıqlamada bütün dünyada mövcud olan etiket adlandıra biləcəyimiz "hashtag"lərdə kiçik dəyişikliklər etdiklərini açıqlayıb.
Teqlər "Instagram" və X (keçmiş "Twitter") kimi platformalarda "hashtag"lərdən bir az fərqli işləyir.
"Threads" postu yaradarkən # simvoluna toxunaraq və sonra mövzunu yazmaqla "hashtag" yaratmağa başlayırsınız.
Ancaq bir sözlə məhdudlaşmaq əvəzinə, bütün cümləni (boşluqlarla!) yaza və Mosseriyə görə emojilər kimi xüsusi simvollar əlavə edə bilərsiniz.
Bununla belə, hər yazı üçün yalnız bir teq yarada bilərsiniz.
