X-də “yanlış məlumat” paylaşanlar gəlir əldə edə bilməyəcək.

İndex.az xəbər verir ki, X sosial media platformasının sahibi İlon Mask, X-də yalan məlumat olduğu müəyyən edilən yazıların gəlir gətirməsinin qarşısının alınacağını açıqlayıb.

Mask bu təcrübənin insanları doğru məlumat almağa təşviq etmək məqsədi daşıdığını qeyd edib.