"Windows 11"in bütün zamanların bazar payı ən yüksək həddinə çatıb.

İndex.az xəbər verir ki, "StatCounter" analitik şirkətinin son hesabatlarına görə, "Windows 11" bütün zamanların ən yüksək bazar payına çatıb.

Aprel ayının nəticələrinə görə, "Windows 11" masaüstü "Windows" versiyaları arasında payını əvvəlki ayla müqayisədə 2,06% artaraq 23,01%-ə çatdırıb.

Digər tərəfdən, "Windows 11"in istifadəçi payını artırmasına baxmayaraq, "Microsoft" insanların əməliyyat sisteminə bu qədər ləng keçməsindən narazıdır.