"Microsoft" istifadəçinin diqqətinin yayınmasının qarşısını almaq üçün "Windows 11" sistemində istənməyən bildirişlərin sayını azaldacaq.
İndex.az xəbər verir ki, "Windows 11"in göndərdiyi bildirişlərin sayını azaltmaq üçün "Smart disable" adlı funksiya üzərində işlədiyini bildirib.
"Windows"dan verilən açıqlamada bildirilib ki, yeni funksiya süni intellektə malik olmayacaq:
"Lakin yenə də effektiv işləməlidir. Yenilik ondan ibarətdir ki, "Windows 11" istifadəçiyə nadir hallarda və ya heç vaxt istifadə olunmayan proqramların bildirişlərini söndürməyi tövsiyə edən mesaj göndərir. Məsələn, əgər istifadəçi bir ay ərzində "Outlook" ilə əlaqə saxlamayıbsa, sistemdən ""Outlook"dan gələn bildirişlər deaktiv edilsin?" mesajı gələcək".
