"Microsoft" ən son "Windows 11" yeniləməsini buraxdı.

İndex.az xəbər verir ki, bununla belə, "Moment 4" yeniləməsinin kompüterlərdə çoxsaylı problemlərə səbəb olduğu bildirilir.

Ən çox görülən problemlərdən biri quraşdırma zamanı KB5031455 yeniləməsinin dövrə vurmasıdır.

Yeniləməni quraşdırarkən xəta baş verir, kompüter yenidən başlayır və proses təkrarlanır.

Bəzi istifadəçilər yeniləmədən sonra "Epic Games Store"dan aldıqları "Fortnite" və "Horizon Zero Dawn" kimi bir sıra oyunların çökdüyünü və açılmadığını deyir.

"Microsoft"un dəstək forumunda oxşar şikayət növləri var.