"Microsoft" "Windows 11"i dəstəklənmədiyi "Intel" və AMD prosessorlarının siyahısını yenilədi.

İndex.az xəbər verir ki, şirkət "Windows 11"in dəstəklənmədiyi kompüterlərə quraşdırılmasının qarşısını alacaq.

Şirkət əvvəllər uyğun prosessorlar siyahısında olan bir çox "Intel" prosessorlarını silməklə yanaşı, hələ bazarda olmayan AMD prosessorları da daxil olmaqla bir neçə yeni "Ryzen" prosessoru əlavə edib.

Prosessor siyahısını yeniləməkdən əlavə, "Microsoft" tezliklə "Windows 11"in dəstəklənməyən avadanlığa quraşdırılmasını da bloklayacaq.