"Microsoft", "Windows 10"a artıq yeni funksiyaların əlavə olunmayacağını açıqlayıb.
İndex.az xəbər verir ki, "Microsoft" rəsmi internet saytı vasitəsilə yaydığı məlumatda artıq "Windows 10" üçün yeniləmələrin buraxılmayacağını, yalnız əməliyyat sistemi üçün təhlükəsizlik yamasının təqdim ediləcəyini və istifadəçilərin "Windows 11"ə keçməli olduğunu bildirib.
"Windows 10 22H2" bu əməliyyat sisteminin son versiyası olacaq.
Nəzərinizə çatdıraq ki, "Windows 10"a rəsmi dəstək 14 oktyabr 2025-ci ildə başa çatacaq.
