Populyar mesajlaşma proqramı "WhatsApp" platformaya daha təkmil funksiyalar gətirməyə davam edir.

İndex.az xəbər verir ki, “WhatsApp”da HD fotolardan sonra HD videolar da göndərmək mümkün olacaq.

Keçən həftə "WhatsApp" iOS və "Android" proqramları üçün daha az sıxılma ilə yüksək keyfiyyətli şəkillər göndərməyə imkan verən yeniləmə buraxdı.

Bundan əvvəl tətbiq bütün videoları avtomatik olaraq sıxaraq onları 480p-yə endirirdi. Bu da müasir standartlara görə çox aşağı keyfiyyət ortaya çıxarırdı.