"WhatsApp"da yüksək keyfiyyətli foto və videoların paylaşılması asanlaşır.
İndex.az xəbər verir ki, artıq parametrlərdən göndərilən foto və videonun keyfiyyəti standart olaraq HD keyfiyyətinə təyin edilə bilər.
Bu funksiyanın yaxın zamanda bütün telefon modellərində istifadəyə veriləcəyi gözlənilir.
Lakin "WhatsApp"ın şəkillər və videoların orijinal keyfiyyətdə göndərilməsinə icazə verib-verməyəcəyi tam olaraq məlum deyil.
Hazırkı versiyada orijinal keyfiyyətli foto və videoları göndərmək üçün faylları sənəd kimi paylaşmaq lazımdır.
