"WhatsApp"da reklam yerləşdirilə biləcəyi ilə bağlı söz-söhbətlər ortaya çıxdıqdan sonra "WhatsApp" rəhbərindən açıqlama gəldi.
İndex.az xəbər verir ki, Vill Katkart "WhatsApp"da reklam yerləşdiriləcəyi xəbərinin doğru olmadığını ifadə edərək, bununla bağlı heç bir sınaq və ya araşdırma aparılmadığını bildirib.
Analitiklər platformanın dünya üzrə gündəlik aktiv istifadəçilərinin sayını nəzərə alaraq, reklamların "WhatsApp"a gələcəyini proqnozlaşdırmışdılar.
Lakin, "Meta" hazırda "WhatsApp" tətbiqində reklam göstərmək fikrində deyil.
